“Milan”ın yetirməsi yenidən A Seriyasında
- 10 Yan 2020 18:20
- 743
İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “Vulverhempton”dan Patrik Kutroneni transfer edib. Bu barədə “Fiorentina”nın rəsmi “tvitter” hesabı məlumat yayıb.
22 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra yeni klubuyla rəsmi müqavilə imzalayacaq. Kutronenin sözləşməsinin detalları isə məlum deyil. İtalyan forvardın icarə əsasında “Fiorentina”ya keçəcəyi gözlənilir.
“Milan”ın yetirməsi olan Kutrone, 2019-cu ilin yayında “Vulverhempton”a keçmişdi. O, İngiltərə Premyer Liqasında 12 oyunda 2 qol vurub.