UEFA Millətlər Liqasında Avro-2020-yə son 4 vəsiqə uğrunda pley-offda mübarizə aparacaq bütün komandalar müəyyənləşib.

Rekord.az xəbər verir ki, bunlar İslandiya, Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya, Şotlandiya, Norveç, Serbiya, Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya, Gürcüstan, Şimali Makedoniya, Kosova və Belarus yığmalarıdır.

Bu komandalar A, B, C və D yolunda yarımfinal və final oyunlarında iştirak edəcəklər. Hər qrupda dörd komanda olacaq və onlardan ən güclüsü qitə çempionatına vəsiqə qazanacaq.

B yolunda yarımfinallarda Bosniya və Herseqovina Şimali İrlandiya ilə, Slovakiya isə İrlandiya ilə qarşılaşacaq. Azərbaycan millisinin yer aldığı D yolunda 3-cü qrupun qalibi olan Kosovo Şimali Makedoniya ilə üz-üzə gələcək. Gürcüstan isə Belarusla görüşəcək.

C yolunda Norveç Serbiya ilə qarşılaşacaq. Şotlandiyanın rəqibi isə püşkdən sonra müəyyənləşəcək. Rəqib Bolqarıstan, İsrail, Macarsıtan və Rumıniya ola bilər. Qalan 3 komanda isə İslaniya ilə birgə A yolunda yer alacaqlar. Burada da rəqiblər püşkə əsasən bəlli olacaq.

 

A yolu

İslandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

 

B yolu

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

 

C yolu

Şotlandiya - Bolqarıstan/Macarıstan/İsrail/Rumıniya

Norveç - Serbiya

 

D yolu

Gürcüstan - Belarus

Şimali Makedoniya – Kosovo

Qeyd edək ki, yarımfinallar gələn il martın 26-da, final matçları isə 31-də keçiriləcək