Futbol üzrə UEFA Millətlər Liqasında pley-off oyunlarının yeni təqvimi müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə pley-off iştirakçısı olan ölkələrin futbol federasiyaları məlumat yayıb.

Bildirilib ki, yarımfinallar martın 26-dan iyunun 4-nə, finallar isə martın 31-dən iyunun 9-na keçirilib.

A Liqası

İslandiya - Rumıniya
Bolqarıstan - Macarıstan

B Liqası

Bosniya və Herseqovina - Şimali İrlandiya
Slovakiya - İrlandiya

C Liqası

Şotlandiya - İsrail
Norveç - Serbiya

D Liqası

Gürcüstan - Belarus
Şimali Makedoniya - Kosovo

Qeyd edək ki, bu oyunlardan sonra AÇ-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq. Daha öncə Avropa çempionatının 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verilib.