Azərbaycan Milli Avarçəkmə Federasiyasının vitse-prezidenti Kamil Hüseynovun sədrliyi ilə qurumun idarə heyətinin  iclası olub. 

Rekord.az xəbər verir ki, AMAF-ın baş katibi postuna namizədliyi irəli sürülən Fərhad Əliyev iclas iştirakçılarına təqdim edilib.

Onun bu vəzifəyə seçilməsi ilə bağlı idarə heyəti üzvlərinin səsverməsi keçirilib. İdarə heyətinin üzvləri yekdilliklə Fərhad Əliyevin Federasiyaya baş katib seçilməsinə səs veriblər. 

Fərhad Əliyev 2012-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi vəzifəsində çalışıb. 2017-2021-ci illərdə Avropa Velosipedçilər Birliyinin səlahiyyətli nümayəndəsi kimi beynəlxalq federasiyanın konqreslərində səsvermə hüququna malik 15 nümayəndəsindən biri olub. Həmçinin 2018-ci ildən bu günədək Beynəlxalq Velosipedçilər İttifaqının Asiya və Yaxın Şərq ölkələri üzrə texniki kuratorudur.