Milli Gimnastika Arenasında “ustad dərsi” keçirilib
- 16 Dek 2024 15:40
- 111
Milli Gimnastika Arenasında Avropa çempionatının gümüş və dünya çempionatının bürünc medalçısı Fani Piqnitski tərəfindən bədii gimnastika üzrə "ustad dərsi" keçirilib.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Piqnitski gimnastlara karyerası, uğurları və keçdiyi çətinliklər haqqında danışıb, daha sonra öz texnika və metodları ilə onlara məşq keçib.
Macarıstandan olan idmançı sonda gimnastlara avtoqraf verib.