Futbol üzrə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) millisi baş məşqçisi Bert van Marveyklə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə yerli futbol assosiasiyası məlumat yayıb. 67 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Niderlandlı Bert van Marveyk 2019-cu ilin martından BƏƏ millisini çalışdırırdı. BƏƏ millisi ardıcıl iki oyundur ki, məğlub olur. Yığma əvvəlcə İraqa 0:2, daha sonra isə Qətərə 2:4 hesabıyla uduzub.