Futbol üzrə Oman milli komandası baş məşqçisi Ervin Kumanla yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Oman Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Kumanın göndərilməsinə Oman yığmasının Körfəz kubokunda uğursuz çıxış etməsi səbəb olub.

Fevralda milli komandaya baş məşqçi təyin olanan 57 yaşlı mütəxəssis 2 illik müqavilə imzalamışdı.

Oman millisi Körfəz kubokunda Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveytlə bir qrupda mübarizə aparırdı. Üç oyuna 4 xal toplayan Oman millisi mübarizəni dayandırmışdı.