Milli komandada ilin ən yaxşı futbolçusu seçildi
- 16 Yan 2020 12:22
- 759
İngiltərə milli komandasının heyətində 2019-cu ilin ən yaxşı futbolçusu məlum olub.
Rekord.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda “Liverpul”un yarımmüdafiəçisi Cordan Henderson qalib olub.
Bu barədə İngiltərə yığmasının mətbuat xidməti məlumat yayıb.
Henderson ən yaxşı futbolçu nominasiyasında “Mançester Siti”dən Rahim Sterlinqi və “Tottenhem”dən Harri Keyni qabaqlayıb.