Futbol üzrə Ekvador millisinin baş məşqçisi müəyyənləşib.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, İsrailin “Makkabi” klubunun sabiq çalışdırıcısı Yordi Kroyff Ekvador millisinin “sükanı arxasına” keçib. 

Yohan Kroyffun oğlu olan mütəxəssislə 3 illik müqavilə imzalanıb.

45 yaşlı mütəxəssisin son iş yeri Çinin “Çuntsin Lifan” klubu olub.