Milli komandaların məqşçi heyəti ilə görüş keçirilib.

Rekord.az xəbər verir ki, federasiyanın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, İdarə heyətinin üzvü Vüqar Məmmədov, Nəzarət-Təftiş Komitəsinin sədri Bəxtiyar Mirzəliyevin rəhbərliyi ilə keçirilən toplantıda baş məşqçilər Məmməd Abdullayev, Səbuhi Zülfüqarov, Elnur Amanov, böyük məşqçilər Rəşad Məmmədov, Sənan Həşimov və Vurğun Cəfərov da işirak edib.

Gənclərin və yeniyetmələrin dünya birinciliyi, böyüklərin İslam Həmrəyliyi Oyunları öncəsi təlim-məşqlərinin hansı səviyyədə davam etdiyi, komandalarda ümumi vəziyyətin necə olduğu, heyətlərdə olacaq dəyişikliklər, idmançıların hansı çəkidə yarışa qatılacağı və ümumilikdə ilin sonuna qədər komandaların hansı yarışlarada iştirakı  müzakirə mövzuları olub.

Xatırladaq ki, gənc və yeniyetmə komandalarımız (28-31 iyulda yeniyetmələr arasında, 2-7 avqustda isə gənclər arasında) dünya birinciliyinə, böyüklərdən ibarət millimiz isə avqustda Türkiyədə keçirilcək İslam Həmrəyliyi Oyunlarına hazırlıqları davam etdirir.