Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş məktəbli qızlar arasında voleybol turnir başa çatıb. "Rekord.az" xəbər verir ki, "Qusar Olimpiya İdman Kompleksin"də keçirilmiş yarış oktyabrın 23-də başlanmışdı.

Məktəbli qızlar arasında təşkil olunan açıq turnirdə 10 komanda (Həzrə, Quxur Oba, Urva-1, Urva-2, Əvəcuq, Gədəzəyxur, Şəhər 2 Saylı məktəb, Şəhər 3 saylı məktəb, Şəhər 4 saylı məktəb, Şəhər 6 saylı məktəb) mübarizə aparıb. 12-15 yaşlı qızların mübarizəsində birinci yerin sahibi Urva-1 komandası olub. İkici yeri Gədəzəyxur, üçüncü yeri isə Urva-2 komandaları qazanıblar.

Oyunlardan sonra turnirin bağlanış mərasimi keçirilib. Qalib gələn məktəblilərə kubok, medal, diplom və hədiyyələr təqdim olunub.