15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş açıq voleybol turniri start götürüb. "Rekord.az" xəbər verir ki, yarış 2005-2006 təvəllüdlü voleybolçu oğlanlar arasında keçirilir.

Azərbaycan Voleybol Federasiyası və Masallı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 4 komanda - “Masallı”, “Bakı”, “Sumqayıt”, “Cəlilabad” mübarizə aparır. Dairəvi sistemlə təşkil olunan yarışın oyunları Masallı Olimpiya İdman Kompleksində keçirilir.

Turnirin qalibi iyunun 8-də müəyyənləşəcək. Qalib komandalara diplom, medal və hədiyyələr təqdim olunacaq.