Milli üzvü qol vurdu, qırmızı vərəqə aldı
- 10 Noy 2024 23:47
- 79
Cənubi Koreya çempionatında 37-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Daejeon” bu turda səfərdə “İnçhon Yunayted”lə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Anton bu görüşə start heyətdə meydana daxil olub. O, 15-ci dəqiqədə qol vurub. Oyunun 90+1 və 90+3-cü dəqiqələrində isə sarı vərəqələr alaraq meydanı tərk edib.
“Daejeon” hazırda 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.