
Milli Xorvatiya ilə oyuna hazırlığı başa vurdu
- 14 Apr 2025 20:51
- 72
Futzal üzrə Avropa çempionatının əsas mərhələsi çərçivəsində sabah Xorvatiya yığması ilə qarşılaşacaq Azərbaycan millisi bu gün son məşqinə çıxıb.
Rekord.az xəbər verir ki, Bakı İdman Sarayında 1 saat davam edən hazırlıq prosesi zamanı isinmə hərəkətlərinin ardından futzalçılar standart vəziyyətlər üzərində çalışıb.
Azərbaycan - Xorvatiya oyunu aprelin 15-də Bakı İdman Sarayında keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.