
“Millidə hər şey qaydasındadır” - Bəhlul Mustafazadə
- 21 Mar 2025 19:59
- 42
Azərbaycan milli komandasının müdafiəçisi Bəhlul Mustafazadə Haiti yığması ilə yoldaşlıq görüşündən öncə keçirilən mətbuat konfransında iştirak edib.
Rekord.az 28 yaşlı futbolçunun fikirlərini diqqətinizə çatdırır:
- Haiti millisi bizə tanış olmayan rəqibdir. Amma onların oyunlarını izləmişik. Yaxşı oyunçuları var. Bizi maraqlı oyun gözləyir.
- Millidəki ab-hava necədir?
- Ab-hava çox yaxşıdır. Çalışacağıq ki, düzgün oynayaq və məşqçinin göstərişlərini yerinə yetirək. Hər şey qaydasındadır. Bu oyunlarda qələbə qazanmaq istəyirik.
- Millidə təcrübən çoxdur, amma təcrübəsi az olan oyunçular var. Onlarla uyğunlaşma necədir?
- Yeni gələnlərin hər biri həvəslidir. Biz də belə idik. Çox istəyirlər ki, milli formanı geyinsinlər. Təcrübəli oyunçular çalışır ki, adaptasiya prosesində onlara kömək etsinlər. Hər şey yaxşıdır.
- Bu matçda sizin üçün nəticə qazanmaq vacibdir?
- Düzgün oynamaq da vacibdir. Bizim üçün önəmli olan düzgün oynamaq və qalib gəlməkdir. Hər ikisi vacibdir. Amma daha önəmlisi qələbə qazanmaq mentalitetinin davam etməsidir. (Sportal)