Qana Futbol Federasiyası bu ölkənin kişi və qadınlardan ibarət milli komandalarının məşqçilərini istefaya göndərib.

Rekord.az qurumun saytına istinadən xəbər verir ki, federasiya bütün məşqçilərə fəaliyyətlərinə görə təşəkkür edərək, uğurlar arzulayıb.

Oktyabr ayında federasiyanın prezidenti təyin olunan Kurt Okrakunun bir jurnalist-araşdırmaçının çəkdiyi sənədli filmdə əks olunan rüşvət və korrupsiya iddialarından sonra məşqçilər heyətinin işinə xitam verdiyi deyilir.

Kişilərdən ibarət Qana millisinin baş məşqçisi Kvesi Appia idi. 2012-2014-cü illərdə milliyə rəhbərlik edən mütəxəssis, 2017-ci ildə yenidən yığmanın “sükanı arxasına” keçmişdi.