Milliləşdirilmiş legionerlərimizin harınlığı: karantin günü dənizdə içki içib, kef elədilər VİDEO
- 22 İyn 2020 12:33
- 1626
Azərbaycanın boks üzrə yığmasının milliləşdirilmiş" üzvləri - Lorenso Sotomayor, Alfonso Domniqes və Osnay Bencomonun paytaxt çimərliklərininin birində əyləncə görüntüləri yayılıb.
Rekord.az xəbər verir ki, onlar ölkədə sərt karantin rejiminin elan olunduğu vaxt dəniz kənarında spirtli içki qəbul edərək əyləniblər.
Kubalı idmançıların yanında həmyerliləri "Neftçi"nin haitili sabiq müdafiəçisi Donald Gerye və həyat yoldaşı da olub. .
Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı sərt karantin tətbiq olunan ərazilərdə çimərliyə getməyin qadağan olduğunu demişdi.
Bu gündən Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda sərt karantin tətbiq edilir.