Millimiz 1-ci turu xalsız başa vurdu
- 19 May 2024 23:55
- 270
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız Bakıda təşkil olunan 1-ci tur çərçivəsində bu gün Ukrayna yığması ilə üz-üzə gəlib. GİN-in Voleybol Mərkəzində təşkil edilən qarşılaşmada qonaq komanda 3:0 hesabı ilə qələbə qazanıb.
Beləliklə, millimiz hər iki oyunda məğlub olaraq 1-ci turu xalsız başa vurub.
Qeyd edək ki, növbəti oyunlar 24-26 may tarixlərində Belçikada təşkil olunacaq. Rəqiblərimiz meydan sahibi və Şimali Makedoniya yığmaları olacaq.
Qızıl Avropa Liqası
I tur
19 may
Azərbaycan - Ukrayna 0:3 (16:25, 16:25, 23:25)