Millimiz 7 cavabsız qola üzüldü
- 05 Noy 2024 01:13
- 75
Futzal üzrə Azərbaycan millisi bu gün yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, komandamız Zeniça şəhərində Bosniya və Herseqovinanın qonağı olub.
Meydan sahibləri xüsusilə ikinci hissədə daha fəal oyun nümayiş etdirməklə 7:0 hesabı ilə qələbə qazanıblar.
Bu komandalar arasında növbəti oyun sabah – noyabrın 5-də Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək.
Yoxlama oyunu
4 noyabr
Bosniya və Herseqovina – Azərbaycan 7:0
Qollar: Bilal Jeliç, 19:58, Adnan Kalajdiç, 25:31, 34:03, Josip Başkoviç, 28:15, Samir Qosto, 34:36, Srdan İvankoviç, 36:39, Dejan Pavloviç, 39:37
Bosniya və Herseqovina: 1. Darko Milanoviç (q), 7. Srdan İvankoviç, 8. Marijo Aladziç (k), 9. Josip Sesar, 11. Josip Başkoviç, 12. Amer Deliç (q), 2. Dejan Pavloviç, 3. Sejad İbrişimoviç, 4. Davor Arnautoviç, 5. Adnan Kalajdiç, 6. Dragan Edi Mariç, 10. Bilal Jeliç, 13. Amir Baruçij, 14. Samir Qosto
Baş məşqçi: Qoran Melher.
Azərbaycan: 1. Emin Kürdov q, k), 7. Xəzər Ağalızadə, 14. Ülvi Əliyev, 3. Nurlan Məmmədov, 9. Emil Həsənzadə, 12. Kamran Hacıyev (q), 2. İlham Alıyev, 4. Fərid Abbasov, 5. Eldar Zeynalov, 6. Mirzə Əmirov, 8. Murad Quluzadə, 10. Oktay Rüstəmli, 17. Seymur Məmmədov, 20. Tofiq Mikayılov
Baş məşqçi: Vitali Borisov.