Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin üzvləri Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında növbəti görüşlərini keçiriblər.

Rekord.az xəbər verir ki, yığma ikinci təsəlliverici qarşılaşmada Polşa seçməsi ilə üz-üzə gəlib.

Millimiz 3:4 hesablı məğlubiyyətə üzülüb.

Beləliklə, yığmamız komanda yarışını medalsız başa vurub.

Qızların mübarizəsində +63 kq-da cüdoçularımız zədə səbəbindən tatamiyə çıxa bilməyiblər.

Azərbaycan təmsilçiləri fərdi mübarizədə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.