Millimiz AVRO-2026-nın növbəti təsnifat oyununu Bakıda keçirəcək
- 22 Avq 2024 10:24
- 406
Avropa çempionatının təsnifat mərhələsində çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyunda Belçika yığması ilə qarşılaşacaq. "Rekord.az" xəbər verir ki, bu görüş avqustun 24-də baş tutacaq.
Bakıda GİN-nin Voleybol Mərkəzində keçiriləcək oyun saat 18:00-da başlayacaq. Görüşü serbiyalı Darko Savic və türkiyəli Yavuz Akdemir idarə edəcəklər.
Qeyd edək ki, AVRO-2026-nın seçmə mərhələsində B qrupunda mübarizə aparan komandamızın digər iki qarşılaşması isə yarışın formatına uyğun olaraq 2025-ci ilin avqustunda baş tutacaq. Bu mərhələdə 21 yığma (7 qrup) çıxış edir. Qrup qalibləri və ən yaxşı nəticə ilə ikinci olacaq 5 komanda Avropa çempionatında iştirak hüququ qazanacaq.
2026 Avropa çempionatı (təsnifat mərhələsi)
B qrupu
24 avqust
18:00 Azərbaycan - Belçika