Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayıb. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız ilk oyununda İspaniya ilə üz-üzə gəlib.


Görüş voleybolçularımız üçün uğursuz keçib. Yarışa əsasən gənclərdən təşkil olunmuş heyətlə qatılan yığmamız quru hesablı məğlubiyyətlə barışmalı olub - 0:3.

Vüqar Əliyevin yetirmələri növbəti oyunlarını meydan sahibi Rumıniyaya qarşı keçirəcək.
Qeyd edək ki, bu il Qızıl Avropa Liqasında  millimizin ugursuz çıxışı əvvəlcədən ehtimal olunurdu. Əksər aparıcı oyunçularımız bu yarışda iştirak etmir. Hazırki heyətimizin bir neçə üzvü isə ilk dəfə yığmamızın formasını geyinir. Pandemiya ilə əlaqədar ölkədə tətbiq olunmuş karantin səbəbindən əksər oyunçularımız uzun müddət məşqlərdən kənar qalmışdı. Bu yarış öncəsi qızlarımızın yalnız bir neçə gün birgə məşq imkanları olub.

 

Qızıl Avropa Liqası

A qrupu

I tur

   İspaniya - Azərbaycan 3:0 (25:22, 25:22, 25:12)