Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çepionatına hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, komandamız hazırda Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq keçir.

Qeyd edək ki, yığmamız qitə birinciliyinin final mərhələsində A qrupunda çıxış edəcək. Voleybolçularımız qrupdan çıxmaq üçün Serbiya, Rusiya, Belçika, Fransa və Bosniya və Herseqovina kollektivləri ilə mübarizə aparacaq.

Qeyd edək ki, Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiyanın birgə ev sahibliyi ilə keçiriləcək. Yarışda 24 yığma komanda 4 qrupda çıxış edəcək. Qrup mərhələsi avqustun 18-də start götürəcək. 28-30 avqust tarixlərində 1/8 final, 31 avqust-1 sentyabr tarixlərində isə 1/4 final qarşılaşmaları baş tutacaq. Sentyabrın 3-də yarımfinal oyunları təşkil olunacaq. Avropa çempionunun adı isə sentyabrın 4-də Serbiyada keçiriləcək final görüşündən sonra bəli olacaq. 

Yarışlar sentyabrın 4-dək davam edəcək. Ümumilikdə bu qitə çempionatında 76 oyun keçiriləcək.