Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda bu gün mübarizəyə başlayacaq.

Rekord.az xəbər verir ki, B qrupunda qərarlaşan milli ilk matçını Portuqaliyaya qarşı keçirəcək.

Görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi milli Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.

Avropa çempionatı Rumıniyanın Piteşti şəhərində iyulun 12-dən 21-dək keçiriləcək.