Millimiz Avropa çempionatında qrupdakı son matçında da uduzdu
- 17 İyl 2024 20:00
- 209
Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda son matçına çıxıb.
Rekord.az xəbər verir ki, B qrupunda yer alan ispaniyalı mütəxəssis Alberto Blankonun rəhbərlik etdiyi komanda Niderland yığması ilə qarşılaşıb.
Rumıniyadakı "Pitesti Arena"da keçirilən görüş rəqibin 109:60 hesablı qələbəsi ilə bitib.
Millimiz buna qədər keçirdiyi oyunlarda Portuqaliyaya 34:90, Böyük Britaniyaya 51:97, İrlandiyaya 58:61 hesabı ilə uduzub.