
Millimiz Avropa çempionatını 8-ci sırada başa vurdu
- 14:00
- 48
Azərbaycanın şpaqa millisi Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa birinciliyində 8-ci yeri tutub.
Rekord.az xəbər verir ki, Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət komanda ilk görüşdə İspaniyaya 45:42 hesabı ilə qalib gəlib.
İlk "səkkizlik"də yer alan yığma daha sonra Fransa (29:45), Almaniya (41:45) və Rumıniya (41:45) millilərinə uduzub.
Xatun Bayramova, Aynur Quliyeva, Xədicə Həsənli və Nazilə Rəhimovadan ibarət şpaqa millimiz isə qızların komanda yarışında 14-cü olub.