Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Bakıda davam etdirir. "Rekord.az" xəbər verir ki, hzazırlıq planına uyğun olaraq yığmamız iyulun 26-na kimi paytaxtda təlim-məşqlərlə bərabər bir neçə yoxlama  görüşü də keçirəcək.

Rəqib Avropa çempionatının iştirakçıları olacaq Belarus və Macarıstan milliləridir. Hər iki komanda artıq Bakıdadır və bu gün AVF-nin idman zalında ilk məşqini keçirib.

Yoxlama oyunları Azərbaycan Voleybol Federasiyasının idman zalında və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçiriləcək. 

Millimizin yoldaşlıq oyunları

21 iyul, FHN-in zalı
   16:30 Azərbaycan –Macarıstan
22 iyul, FHN-in zalı
   16:30 Azərbaycan – Belarus
23 iyul, AVF-nin zalı
    16:30 Azərbaycan – Macarıstan
25 iyul, AVF-nin zal
   10:30 Azərbaycan – Belarus