
Millimiz Belarusa böyük hesabla uduzdu
- 23 Mar 2025 15:28
- 107
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.
Rekord.az xəbər verir ki, U-17 Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar martın 26-da ikinci yoxlama matçında üz-üzə gələcəklər.