
Millimiz Belarusa qarşı
- 25 Mar 2025 14:20
- 52
Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.
Sports.az xəbər verir ki, A milli Belarus yığması ilə qarşılaşacaq.
Komandamız ilk dəfə “Bank Respublika Arena”da çıxış edəcək. Saat 21:45-də başlayacaq matçı gürcüstanlı baş hakim Aleko Aptsiauri idarə edəcək. Qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
25 mart
Azərbaycan - Belarus
Bank Respublika Arena. Saat 21:45
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Baş hakimin köməkçiləri: Davit Axvlediani, Davit Qabisonia (hər ikisi Gürcüstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)