Millimiz beynəlxalq turnirdə son oyununu keçirib
- 08 Avq 2021 02:04
- 626
Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Macarıstanda təşkil olunan "Savaria" turnirində son oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, qitə birinciliyinə hazırlıq çərçivəsində turnirə qatılan komandamız Çexiya ilə üz-üzə gəlib.
Görüş komandamız üçün uğursuz alınıb. 3 set davam etmiş görüşdə Vüqar Əliyevin rəhbərlik etdiyi voleybolçularımız quru hesabla uduzublar.
"Savaria" beynəlxalq turniri
7 avqust
Çexiya - Azərbaycan 3:0 (25:18, 25:19, 25:17)