Azərbaycan qadın voleybolçulardan ibarət yığması olimpiya təsnifat turnirinə hazırlığa ayın sonundan başlayacaq. “Rekord.az” xəbər verir ki, bunu AVF-nin vitse-prezidenti, millinin məsləhətçisi Faiq Qarayev açıqlayıb.

O, bildirib ki, milli üzvləri dekabrın 25-dən bir araya gələcəklər. Olimpiya oyunlarının 2-ci seçmə mərhələsinin oyunları yanvarda start götürəcəyinə görə, komandamızın Polşada toplanması nəzərdə tutulur.

Qeyd edək ki, komandamız olimpiya təsnifat turnirinin 2-ci mərhələsində mübarizəyə yanvarın 7-də başlayacaq. A qrupunda yer alan yığmamızın rəqibləri meydan sahibi Niderland, Polşa və Bolqarıstandır.