Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Qızıl Avropa Liqasında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, A qrupunda yer alan komandamız birinci dövrənin son matçında Fransa ilə üz-üzə gəlib.

Əvvəlki iki görüşdə uduzan voleybolçularımız yenə eyni aqibəti yaşayıblar. Millimiz bu dəfə bir setə sevinə bilib. 4 hissə davam edən qarşılaşmada yığmamız 1:3 hesabı ilə məğlub olub. 

Qızıl Avropa Liqası

III tur

     Fransa - Azərbaycan 3:1 (25:21, 19:25, 25:13, 25:20)