Azərbaycanın futzal millisi AVRO-2026-nın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.


Rekord.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda 4-cü turda Afinada Yunanıstanın qonağı olacaq.


5-ci qrupun qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Görüşü Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.


Qeyd edək ki, V qrupda Xorvatiya 9 xalla liderdir. Yunanıstan 4 xalla ikinci, Azərbaycan 2 xalla üçüncü, İsveç 1 xalla sonuncu - dördüncüdür.


AVRO-2026, əsas mərhələ

V qrup


21:00. Yunanıstan - Azərbaycan


Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvan İvanov (hamısı Bolqarıstan).

Hakim-inspektor: Sven Eyhler (Almaniya).

UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus).

Afina. DAİS Sports Hall.