İyunun 1-dən etibarən basketbol üzrə oğlanlardan ibarət U-20 yığma komandamız Şəki Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib.

Rekord.az xəbər verir ki, Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi yığmamız gündə iki dəfə olmaqla, müntəzəm şəkildə məşqlərini davam etdirir.

U-20 milli komandamızın hazırlıq prosesindəki əsas məqsədi, 7-16 iyul Şimali Makedoniyanın Skopye şəhərində keçiriləcək Avropa çempionatının "B" divizionunun oyunlarına hazırlaşmaqdır.

Təlim-məşq toplanışı 15 iyuna qədər davam edəcək.