Millimiz Çexiyaya ikinci oyunda da məğlub oldu
- 2024-09-20 22:42
- 33
Çexiyada təlim-məşq toplanışı keçirən Azərbaycanın futzal millisi yoxlama görüşündə növbəti dəfə məğlub olub.
Rekord.az xəbər verir ki, yığmamız ikinci matçında da Çexiyaya uduzub.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 6:2. Yığmamızın heyətində hər iki qolu Ülvi Əliyev vurub.
Çexiya seçməsi ötən gün ilk görüşdə üç cavabsız qolla qalib gəlmişdi.