Millimiz Danimarka klubu ilə də heç-heçəyə razılaşdı
- 10 Fev 2020 21:00
- 755
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Rekord.az xəbə verir ki, Danimarkanın “Hellerup” klubuna qarşı oyun 2:2 hesabı ilə başa çatıb.
U-17-nin heyətində Firəddin Abdullayev və Nicat Quliyev fərqlənib.
Xatırladaq ki, millimiz daha öncə Tacikistandan olan həmyaşıdları ilə görüşdə 1:1 hesablı heç-heçəyə razılaşmışdı.