
Millimiz DÇ-2026-nın seçmə mərhələsində ilk matçını İslandiyaya qarşı keçirəcək
- 24 Mar 2025 15:20
- 81
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində ilk matçını İslandiya yığmasına qarşı keçirəcək.
Rekord.az xəbər verir ki, Ukrayna, İslandiya və Fransa milliləri ilə D qrupunda mübarizə aparacaq Fernandu Santuşun rəhbərlik etdiyi yığmanın oyunlarının təqvimi müəyyənləşib.
DÇ-2026, seçmə mərhələ
5 sentyabr
22:45. İslandiya – Azərbaycan
22:45. Ukrayna – Fransa
9 sentyabr
20:00. Azərbaycan – Ukrayna
22:45. Fransa – İslandiya
10 oktyabr
22:45. Fransa – Azərbaycan
22:45. İslandiya – Ukrayna
13 oktyabr
22:45. İslandiya – Fransa
22:45. Ukrayna – Azərbaycan
13 noyabr
21:00. Azərbaycan – İslandiya
23:45. Fransa – Ukrayna
16 noyabr
21:00. Azərbaycan – Fransa
21:00. Ukrayna - İslandiya
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.