Millimiz Estoniyaya məğlub oldu
- 11 Okt 2024 21:57
- 198
Azərbaycan milli komandası bu gün UEFA Millətlər Liqasında növbəti sınağına çıxıb.
Rekord.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız 3-cü turda Estoniyanın qonağı olub.
Tallindəki “Lilleküla” stadionunda keçirilən oyunu irlandiyalı hakimlər idarə ediblər. Dörd qolun qeydə alımdığı oyun estonların qələbəsiylə yekunlaşıb.
Komandamız əvvəlki iki turda İsveçə (evdə 1:3) və Slovakiyaya (səfərdə 0:2) uduzub.
UEFA Millətlər Liqası
C Liqası, 1-ci qrup
11 oktyabr
Estoniya - Azərbaycan 3:1
Qollar: İoan Yakovlev, 32. Vlasi Sinyavski, 45+3. Rokko Robert Şeyn, 71 – Toral Bayramov, 45+1-pen.
Baş hakim: Rob Harvey (İrlandiya).
Tallin. “Lilleküla” stadionu.
Estoniya: 12. Karl Yakob Heyn, 3. Mihael Şyonninq-Larsen, 4. Mattias Kayt, 5. Rokko Robert Şeyn, 8. Henri Anyer, 11. Mihkel Aynsalu, 13. Maksim Paskotsi, 15. İoan Yakovlev, 16. Yoonas Tamm, 18. Karol Mets (k), 23. Vlasi Sinyavski.
Ehtiyat oyunçular: 1. Matvey İqonen, 22. Karl Vallner, 2. Marten Kuusk, 6. Rasmus Peetson, 7. Robi Saarma, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 14. Patrik Kristal, 17. Martin Miller, 19. Mixael Lilander, 20. Markus Poom, 21. Martin Vetkal.
Baş məşqçi: Yürgen Henn.
Azərbaycan: 1. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 17. Toral Bayramov, 20. Aleksey İsaev, 22. Abbas Hüseynov (k).
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rza Cəfərov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Can Kökçü, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 14. Rüstəm Əhmədzadə, 16. Vadim Abdullayev, 18. Ceyhun Nuriyev, 19. Xəyal Nəcəfov, 21. Qismət Alıyev.
Baş məşqçi: Fernando Santuş.