Millimiz Gürcüstan yığmasına qalib gəldi
- 22 İyn 2022 17:30
- 443
Qadın həndbolçulardan ibarət Azərbaycan yığma komandasının hazırlığı davam edir.
Rekord.az xəbər verir ki, prosesə Bakıda təşkil olunan təlim-məşq toplanışı ilə start verən həndbolçularımız iyunun 16-dan Gürcüstandadırlar.
Komandamız baş məşqçi Slavisa Ristiçeviç və köməkçi məşqçi Fuad Yangildinin rəhbərliyi ilə Tiflisdə keçirilən hazırlıqda Gürcüstan millisi ilə iki yoxlama görüşünda qüvvəsini sınayıb.
İyunun 18-də keçirilən birinci qarşılaşma 28:17 hesabı ilə yığmamızın xeyrinə başa çatıb.
İki gün sonra təşkil olunan növbəti görüş də Azərbaycan təmsilçisinin üstünlüyü ilə yekunlaşıb - 26:16.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi daşıyan təlim-məşq toplanışına iyunun 24-da yekun vurulacaq.