
Millimiz Gürcüstana qarşı
- 11:30
- 43
Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət millisi Moldovanın paytaxtı Kişineuda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ikinci matçını keçirəcək.
Rekord.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Gürcüstan yığması ilə üz-üzə gələcək.
Moldova Futbol Federasiyasının Texniki Mərkəzinda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 12:00-da səsləndiriləcək.
Qeyd edək ki, U-17 ilk görüşdə Moldovaya 0:1 hesabı ilə məğlub olub. Komanda sonuncu görüşünü aprelin 19-da Estoniya millisinə qarşı keçirəcək.