Futbol üzrə Azərbaycan milli komandası bu gün 2025-ci ildə ilk sınağına çıxıb.

Rekord.az xəbər verir ki, yığmamız Haiti milli komandasını qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutmuş görüşü türkiyəli Kadir Sağlam idarə edib.

Bu, millimizin Fernandu Santuşun rəhbərliyi altında keçirəcəyi ilk yoxlama matçı idi. Komandamız portuqal mütəxəssisin dönəmində ilk qələbəsini qazanmağa çalışsa da, böyük hesabla məğlub olub.

Azərbaycan yığması bundan 3 gün sonra Masazırda Belarus millisini də sınağa çəkəcək.

Yoxlama oyunu
22 mart

Azərbaycan - Haiti 0:3
Qollar: Frontsdi Pyerro, 9; 62. Denli Jan-Jak, 83.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 84 (ikinci sarı).
Baş hakim: Kadir Sağlam (Türkiyə).
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 10. Mahir Emreli, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov (k), 17. Toral Bayramov, 19. Nəriman Axundzadə, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 23. Rza Cəfərov, 12. Aydın Bayramov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 8. İsmayıl İbrahimli, 9. Renat Dadaşov, 11. Ağadadaş Salyanskiy, 14. Xəyal Əliyev, 16. Elvin Camalov, 18. Səbuhi Abdullazadə, 21. Mert Çelik, 22. Musa Qurbanli, 24. Zamiq Əliyev, 25. Şahin Şahniyarov.
Baş məşqçi: Fernando Santos.
Haiti: 1. A. Pyer, 2. Arkus, 4. Ade (k), 8. Eksperiense, 9. Nazon, 10. Don Didson, 14. L. Pyer, 17. Jan-Jak, 20. Pyerro, 21, Attis, 22. Duverne.
Ehtiyat oyunçular: 12. İnnosent, 23. Odelus, 3. Dulisse, 5. Pyer-Lui, 6. Mişel, 7. Providens, 11. Jan, 13. Lakrua, 15. Paugain, 16. Prunier, 18. Sainte, 19. Laisse
Baş məşqçi: Sebastyen Minye.