
Millimiz ilk oyununda böyük hesabla uduzdu
- 18 Fev 2025 17:40
- 78
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz Şimali İrlandiya yığması ilə üz-üzə gəlib.
Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma Şimali İrlandiya millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
U-19 növbəti oyununu fevralın 21-də meydan sahibi Albaniya seçməsinə qarşı keçirəcək.