Stolüstü tennis üzrə Azərbaycan millisi İslam Həmrəylik Oyunları üçün hazırlığına başlayıb. 

Rekord.az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, əsas seçmə komandanın üzvləri bu məqsədlə ölkə xaricinə yollanıblar. 

Türkiyənin Yalova şəhərində təşkil olunan təlim-məşq toplanışında Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak edəcək. 

Komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçəcək toplanışa mayın 6-da yekun vurulacaq. Seçmə komanda hazırlıq proqramına əsasən ardınca digər toplanışlara qatılacaq. 

İslam Həmrəylik Oyunları avqustun 9-18-də Türkiyənin Konya şəhərində təşkil olunacaq.