Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxıb.

Rekord.az xəbər verir ki, ispaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 17-20-ci yerlər uğrunda pley-off mərhələsində İsveçrə ilə qarşılaşıb və 40:101 hesabı ilə məğlub olub.

Millimiz 17-20-ci yerlər uğrunda İsveçrə ilə yanaşı, Albaniya, Moldova və Ermənistan yığmaları ilə mübarizə aparır.