Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.


Rekord.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv evdə İsveçrə ilə üz-üzə gəlib.


Bakı İdman Sarayında təşkil olunan qarşılaşma rəqibin 85:55 qələbəsi ilə yekunlaşıb.


Üç qarşılaşmadan sonra yığmamız 5 xalla dördüncü sırada qərarlaşıb. Lider İsveçrə isə 8 xala malikdir.