
Millimiz İtaliya yığmasına məğlub oldu
- 2022-07-02 00:01
- 274
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, Portuqaliyanın Nazare şəhərində İtaliya yığması ilə qarşılaşan millimiz 3:7 hesabı ilə məğlub olub.
Komandamızın qollarını Kamil Hüseynov, Orxan Məmmədov və Emin Mehdiyev vurub.
Millimiz seçmə mərhələdə növbəti oyununu sabah Almaniya komandasına qarşı keçirəcək.