Millimiz Macarıstana 17 cüdoçu ilə yollandı
- 22 Okt 2020 18:20
- 935
Oktyabrın 23-25-də Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.
Rekord.az xəbər verir ki, bu mötəbər yarışda Azərbaycan millisinin 17 cüdoçusu medallar uğrunda mübarizə aparacaq.
Kişilər arasında Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov, Murad Fətiyev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (hər ikisi 90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri və Camal Feyziyev (+100 kq) qüvvələrini sınayacaqlar.
Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) isə xanım idmançıların yarışında ölkəmizin şərəfini qoruyacaqlar.
Qeyd edək ki, 80 ölkədən 624 cüdoçunun qatılacağı turnirdə idmançılar Tokio Olimpiadasına reytinq xalları da qazanacaqlar.