Millimiz Mingəçevirdəki təlim-məşq toplanışını başa vurdu
- 12 İyl 2021 15:33
- 699
Voleybolçu qadınlardan ibarət Azərbaycan millisi Mingəçevirdə yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təlim-məşq toplanışını başa vurub. "Rekord.az" xəbər verir ki, mərkəzdə iyunun 28-dən iyulun 11-dək hazırlıq keçən komandamız artıq Bakıya qayıdıb.
Yığmamız Avropa çempionatına hazırlıqları iyulun 26-na kimi paytaxtda davam etdirəcək. Millimiz Bakıda hazırlığın gedişində ölkəmizdə toplanış keçəcək Belarus və Macarıstan komandaları ilə bir neçə yoldaşlıq görüşü də keçirəcək.
Qeyd edək ki, avqustun 18-dən sentyabrın 4-dək olacaq Avropa çempionatının final mərhələsində 24 komanda, 4 qrupda mübarizə aparacaq. Oyunlara 4 ölkə - Bolqarıstan, Rumıniya, Serbiya və Xorvatiya ev sahibliyi edəcək. A qrupunda mübarizə aparacaq komandamızın rəqibləri ev sahibi Serbiya ilə yanaşı, Belçika, Rusiya, Fransa və Bosniya və Herseqovina yığmaları olacaq. Yığmamız görüşlərini Serbiyanın paytaxtı Belqradda keçirəcək.
Avropa birinciliyində millimizin oyunlarının təqvimi
20 avqust
17:00 Azərbaycan - Belçika
21 avqust
18:00 Azərbaycan - Bosniya və Herseqovina
22 avqust
17:00 Rusiya - Azərbaycan
24 avqust
20:00 Azərbaycan - Serbiya
25 avqust
17:00 Fransa - Azərbaycan