19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.
Rekord.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv Qəbələdə Moldova ilə üz-üzə gələcək.
Qarşılaşma saat 17:00-da başlayacaq.
Komandalar martın 22-də də münasibətləri aydınlaşdıracaqlar.