Millimiz özbəklərə ilk oyunda uduzdu
- 21 Yan 2020 22:00
- 895
Futzal üzrə Azərbaycan milli komandası bu gün yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv Özbəkistan yığmasıyla qarşılaşıb. Bakı İdman Sarayında keçirilən görüş yığmamızın məğlubiyyəti ilə başa çatıb.
Qarşılaşmanı Hikmət Qafarlı, Anar Fərəcov və Rahin Heybətovdan ibarət hakimlər briqadası idarə edib.
Bu komandalar sabah eyni məkanda daha bir yoxlama oyununda üz-üzə gələcəklər.
Yoxlama oyunu
21 yanvar
Azərbaycan – Özbəkistan 2:3
Qol: Vassura, 23:01. E.Soorqali, 35:58 – D.Rahmatov, 02:49. İ.Ropiyev, 04:13. Ə.Usmanov, 28:41.
Qırmızı vərəqə: İ.Atayev, 34:08 – D.Rahmatov, 34:08.
Hakimlər: Hikmət Qafarlı, Anar Fərəcov, Rahin Heybətov
Bakı İdman Sarayı.
Azərbaycan: 12. Rövşən Hüseynli (q), 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 14. Hadi Ahmadi, 17. İsa Atayev, 1. Emin Kürdov (q), 13. Amir Şocaei, 10. Oliveyra Da Nascimento “Vassora”, 16. Conatan Luis De Angelis “Batton”, 7. Ramiz Çovdarov, 6. Eduardo Borges, 3. Tyaqo Telles Martins “Bolinya”, 20. Eshaq Soorqali, 5. Tofiq Mikayılov.
Baş məşqçi: Joze Alesio Da Silva.
Özbəkistan: 12. Ravşan Eliboyev (q), 3. Maşrab Adilov, 7. Dilşod Rahmatov, 11. Əkbər Usmanov, 15. Sunnatilla Jorayev, 1. Rustam Umarov (q, k), 2. Anasxon Rahmatov, 4. İxtiyar Ropiyev, 6. İlhamjon Hamroev, 8. Husniddin Nişonov, 9. Ravşan İsmatullaev, 14. Konstantin Sviridov, 5. Javlon Anorov, 13. Abdulla Solihov, 10. Xuşnur Erkinov.
Baş məşqçi: Bahodir Ahmedov.